11:39, 05 Dekabr 2018 (Çərşənbə) 66

Sumqayıtda 22 şadlıq sarayı cəzalandırılıb

Sumqayıtda 22 şadlıq sarayı cəzalandırılıb
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları şadlıq saraylarından atmosferə atılan tullantıların miqdarını yoxlayıblar.

Nazirliyin məlumatına görə, Sumqayıtda 22, Gəncədə isə 17 şadlıq sarayının ətraf ərazilərindən hava nümunələri götürülüb.

Havanın analizi Sumqayıtda 19, Gəncədə 15 şadlıq sarayının atmosferə buraxdığı tullantıların normadan artıq olduğunu göstərib.

Bununla bağlı akt və protokollar yazılıb, cərimələr tətbiq edilib. Atmosfer tullantılarını minimuma endirmək üçün şadlıq saraylarının rəhbərlərinə standartlara cavab verən qurğuların quraşdırılması barədə göstəriş verilib.

Mətbuat xidməti qeyd edir ki, monitorinqlər zamanı Sumqayıtda 3, Gəncədə isə 2 şadlıq sarayında təmizləyici qurğunun quraşdırıldığı məlum olub. Bunlar "Okean”, "Park Palace”, "Kiparis” (Sumqayıt) və "Münasib”, "Qızıl saray”(Gəncə) saraylarıdır.