21:39, 03 Dekabr 2018 (Bazar ertəsi) 67

Soyuz raketi orbitə yollanıb

Soyuz raketi orbitə yollanıb


/ DÜNYA
Rusiyanın Soyuz raketi Qazaxıstandakı Baykonur Kosmodromundan orbitə qalxıb. Raket Beynəlxalq Kosmik Stansiyaya bir kanadalı və bir amerikalı astronavtı və bir rusiyalı kosmonavtı aparır.

Rusiyanın Roskosmos agentliyi Twitter-də yazıb ki, dekabrın 3-də Soyuz "uğurla orbitə yollanıb”.

Raket rusiyalı Oleg Kononenko, NASA-dan Anne McClain və Kanada Kosmik Agentliyindən David Saint-Jacques-ı aparır.

Üçlüyün altı saatdan sonra kosmik stansiyaya çatacağı gözlənir.

Oktyabrın 11-də Soyuz-un missiyası uçuş başlayanda ikicə dəqiqə sonra yarıda kəsilmişdi.