11:07, 05 Dekabr 2018 (Çərşənbə) 93

Rusiyada aeroportların adları dəyişdirilir

Rusiyada aeroportların adları dəyişdirilir


/ DÜNYA
Rusiyada keçirilən onlayn sorğuda Moskva beynəlxalq aeroportuna 19-cu əsr şairi Aleksandr Pushkin-in adının verilməsi dəstəklənib.

Rossiya-1 televiziyasının dekabrın 5-də yaydığı xəbərə görə, sorğuya qatılanların əksəriyyəti Şeremetyevo adının milyonlarla rusiyalının sevimlisi olan şairin adıyla əvəzlənməsinə səs veriblər.

Ümumilikdə 47 aeroportun adının dəyişdirilməsi səsverməyə çıxarılıb. Bu, Rusiyanın Böyük Adları layihəsi çərçivəsində gerşəkləşdirilib. Müsabiqəni bir neçə dövlətə bağlı təşkilat keçirib.

Moskvanın ikinci böyük aeroportu olan Domodedovo 18-ci əsrdə yaşamış alim Mikhail Lomonosovun, üçüncü aeroport olan Vnukovo isə sovet kosmik proqramının banisi Sergei Korolyovun adıyla çağrılacaq. Ancaq təşkilatçılar hələlik, yekun qərarın verilmədiyini deyirlər.

Tümen vilayətində yerləşən "Surqut” hava limanına isə Azərbaycan və Rusiya geoloqu, Sibir neft və qaz yataqlarını kəşf etmiş Fərman Salmanovun adı veriləcək.

Voronej aeroportu Böyük Pyotrun, Krasnodar aeroportu Böyük Katerinanın, Maqadan aeroportu Vladimir Vysotsky-nin şərəfinə adlandırılacaq.

Azadlıq Radiosu