21:47, 06 Noyabr 2018 (Çərşənbə axşamı) 132

Qaşıqçının qətli ilə bağlı daha çox məlumat əldə edilib

Qaşıqçının qətli ilə bağlı daha çox məlumat əldə edilib


/ DÜNYA
Türkiyənin xarici işlər naziri Mövlüt Çavuşoğlu noyabrın 6-ı hökumətinin səudiyyəli jurnalist Camal Qaşıqçının qətli ilə bağlı daha çox məlumat əldə etdiyini və araşdırılmalar başa çatdıqdan sonra dəlillərin ictimaiyyətə açıqlanacağını bildirib.

"Amerikanın Səsi"-nin xəbərinə görə, Türkiyə təhlükəsizlik kameralarının göstərdiyi kimi konsulluğa daxil olan Qaşıqçının içəridə boğularaq öldürüldüyünü, onun bədəninin hissələrə parçalandığını və çox güman turşuda həll edildiyini deyir.

Xaşuqci Səudiyyə Ərəbistanının İstanbuldakı konsulluğuna nişanlısı ilə evlənmək üçün lazım olan sənədləri almaq məqsədilə getmişdi. Nişanlısı onu konsulluğun qarşısında gözləyirdi.

Qaşıqçının cəsədinin qalıqları tapılmayıb.

Səudiyyə Ərəbistanı əvvəlcə Qaşıqçının konsulluqdan çıxdığını və onun harada olduğu haqda məlumatın olmadığını, daha sonra isə onun əlbəyaxa dava zamanı öldüyünü bildirmişdi.