Bu gün, sentyabrın 12-də yeni tədris ilinin yaxınlaşmasına görə dövlət başçısı İlham Əliyev Bakının bir sıra məktəblərində olub.
AZƏRTAC xəbər verir ki, İ.Əliyev Nizami rayon Keşlə qəsəbəsi 227 saylı, Nəsimi rayonunda general-leytenant Kərim Kərimov adına 8 saylı tam orta məktəblərdə və Səbail rayonunda Həbib bəy Mahmudbəyov adına 2 saylı Texniki-Humanitar Liseydə əsaslı təmirdən sonra yaradılan şəraitlə tanış olub.
2017-ci ildə açıqlanan statistikaya görə, ölkədə 4 min 500-ə yaxın ümumtəhsil məktəbi fəaliyyət göstərir.
Azərbaycanda yeni tədris ili sentyabrın 15-dən başlanır. Bu il sentyabrın 15-i şənbə gününə təsadüf etdiyindən 5-günlük iş rejimində çalışan məktəblərdə dərslər sentyabrın 17-dən başlanacaq.
XƏBƏRLƏR