20:49, 08 Fevral 2019 (Cümə) 356

Penitensiar xidmət: Taleh Bağırov aclıq aksiyası keçirmir

Penitensiar xidmət: Taleh Bağırov aclıq aksiyası keçirmir

"Qobustan həbsxanasında cəza çəkən Taleh Bağırovun aclıq aksiyası keçirməsi ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir və o, normal qaydada qidalanır".

Bunu "Report"un sorğusuna cavabında Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov bildirib.

Xidmət rəsmisi vurğulayıb ki, T.Bağırova qarşı heç bir qərəzli münasibət göstərilmir və o, digər məhbuslar kimi, adi qaydada cəzasını çəkməkdə davam edir.