10:46, 19 Mart 2019 (Çərşənbə axşamı) 216

Novruz tətili başlayır

Novruz tətili başlayır
Sabahdan – martın 20-dən Novruz bayramı ilə əlaqədar 7 gün iş olmayacaq.

Nazirlər Kabinetinin qərarına əsasən, tətil martın 20-dən 24-dək olan dövrü əhatə edir. 

Martın 23-ü şənbə, 24-ü isə bazar gününə təsadüf etdiyindən ayın 25-i və 26-sı  iş olmayacaq.

Martın 27-də, həftənin çərşənbə günü isə növbəti iş günüdür.