14:16, 04 Dekabr 2018 (Çərşənbə axşamı) 75

Neftçilərin xatirəsi anılıb

Neftçilərin xatirəsi anılıb
Üç il bundan öncə dekabrın 4-də həlak olmuş və itkin düşmüş neftçilərin xatirəsi Çilov adasında ucaldılmış abidə önündə yad edilib.

AZƏRTAC-ın məlumatına görə, anım tədbirində mərhum neftçilərin ailə üzvləri, doğmaları və "28 May" Neft və Qazçıxarma İdarəsinin (NQÇİ) rəhbərliyi iştirak edib.

Həlak olmuş neftçilərin ailə üzvləri ilə söhbət aparıldığı, problemlərinin dinlənildiyi bildirilir.

2015-ci il dekabrın 4-də təbii fəlakət nəticəsində "Günəşli" yatağındakı 10 nömrəli dərin dəniz özülündə və "Neft Daşları" ərazisindəki 501 nömrəli özüldə baş verən qəzada 33 neftçi həyatını itirib.

Həlak olanların yaxınları rəsmi qurumları vaxtında yardım etməməkdə suçlayırlar.