17:03, 06 Dekabr 2018 (Cümə axşamı) 68

Neft-qaz gəlirləri 140 milyard dolları ötüb

Neft-qaz gəlirləri 140 milyard dolları ötüb
Azərbaycan Dövlət Neft Fondu (DNF) 2001-ci ilin əvvəlindən bu il dekabrın 1-dək "Azəri-Çıraq-Günəşli" (AÇG) neft-qaz yataqları blokundan ümumilikdə 137 milyard 446 milyon ABŞ dolları gəlir əldə edib.

Bu barədə qurumun məlumatında bildirilir.

Bu ilin yanvarından dekabrınadək AÇG layihəsi çərçivəsində Dövlət Neft Fonduna 8 milyard 960 milyon dollar vəsait daxil olduğu deyilir.

Son 11 ayda Neft Fondunun "Şahdəniz" yatağı üzrə kondensatın satışından əldə olunan gəlirlərinin 222 milyon dollar təşkil etdiyi bildirilir.

"Şahdəniz" yatağından qazın satışından 2007-ci ildən etibarən əldə olunan ümumi gəlirlərin məbləğinin isə 2 milyard 506 milyon dollar olduğu qeyd edilir.

"Itochu" - 3.65 və "ONGC Videsh Limited (OVL)" - 2.31 faiz paya yiyələniblər.