11:50, 13 Noyabr 2018 (Çərşənbə axşamı) 167

Neft büdcə qiymətini ötür

Neft büdcə qiymətini ötür
Noyabrın 13-də Azərbaycan nefti bahalaşıb.

AZƏRTAC xəbər verir ki, "AzəriLayt” markalı neftin bir barrelinin qiyməti 72,15 dollara yüksəlib.

London birjasında brent markalı neftin bir barreli 69,37 dollara, Nyu-York birjasında layt markalı neftin bir barreli 59,10 dollara satılır.

Azərbaycanın 2018-ci il büdcəsində neftin qiyməti 55 dollardan götürülüb. "AzəriLayt” 2018-ci ilə 69,89 dollarla start verib.

Energetika Nazirliyinin rəsmi hesabatlarına görə, bu ilin yanvar ayında gündəlik neft hasilatı 814,6 min barrel, fevral ayında 806 min barrel, mart ayında 794 min barrel, aprel ayında 785,7 min barrel, may ayında 801 min barrel, iyun ayında 792 min barrel, iyul ayında 773 min barrel, avqust ayında 774 min barrel , sentyabr ayında 796 min barrel, oktyabr ayında 783 min barrel olub.

Yanvar-oktyabr aylarında ölkədə 7 milyon 919,3 min barrel neft hasil edilib.