13:12, 15 Sentyabr 2018 (Şənbə) 222

Merkel Rusiyanı sabitliyi pozmaqda ittiham edib

Merkel Rusiyanı sabitliyi pozmaqda ittiham edib
Rusiya Ukrayna, Gürcüstan, Ermənistan, Moldova və Azərbaycanda sabitliyi pozur. 

Bu barədə AFR kansleri Angela Merkel Litvada yerləşən hərbi qulluqçular qarşısında çıxış edərkən bildirib.

"Biz görürük ki, mahiyyətcə, Aİ-nin və NATO-nun tərkibinə daxil olmayan demək olar bütün keçmiş sovet respublikaları Rusiyanın yaratdığı daxili münaqişələrlə üzləşir", deyə o bildirib.

Bu gün bütün bu dövlətlər öz ərazi bütövlüyünün bərpası ilə məşğuldur, belə ki, Rusiya onların ərazilərinin bir hissəsini ayırıb, ya da orada münaqişə yaradıb, deyə Merkel əlavə edib. Nümunə kimi o, Ukrayna, Gürcüstan, Ermənistan, Moldova və Azərbaycanı göstərib.

Almaniyanın NATO missiyası çərçivəsində Baltika ölkələrində yerləşən birləşmələri Rusiyanın apardığı hibrid müharibənin qarşısının alınması üçün zəruridir. Bu müharibəyə kiberhücumlar da aiddir, deyə Angela Merkel bildirib.

Baltika ölkələrində və Polşada hazırda rotasiya əsasında 4500-dən bir qədər çox NATO əsgəri və zabiti yerləşdirilib. -02D-