11:09, 09 Oktyabr 2018 (Çərşənbə axşamı) 167

Korrupsiya ilə mübarizə idarəsinə yeni səlahiyyətlər verilib

Korrupsiya ilə mübarizə idarəsinə yeni səlahiyyətlər verilib
Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin səalhiyyətləri artırılır.

Prezident İlham Əliyev bu gün, oktyabrın 8-də "Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Əsasnaməsi”ndə dəyişiklik edilməsi barədə fərman imzalayıb.

Fərman həmçinin, cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin, digər əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsi ilə mübarizə sahəsində bəzi tədbirləri əhatə edir.

Fərmanla Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Əsasnaməsinə 5.8-1-ci yarımbənd əlavə edilib. Həmin bənd idarəyə cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin, digər əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsi ilə əlaqəli cinayətlərin mərkəzləşmiş statistikasının elektron formada aparılmasını təşkil etmək səalhiyyəti verir.

Eyniz zamanda, idarə bundan sonra qeyd olunan cinayətlərlə bağlı statistik məlumatların toplanması, işlənməsi və ötürülməsi üzrə informasiya sisteminin fəaliyyətini də təmin etməlidir.

Fərmana əsasən, Daxili İşlər, Vergilər, Fövqəladə Hallar, Ədliyyə nazirlikləri və digər əlaqəli qurumlar gərəkli statistik məlumatları idarəyə verməlidirlər.

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi 2004-cü ildə yaradılıb.

Ancaq bu quruma cəmiyyətdə münasibət birmənalı deyil. Müxalifət hesab edir ki, bu idarə iri korrupsiya halları ilə ciddi mübarizə apara bilmir. Hərçənd, idarədən belə tənqidləri qəbul etmirlər.