23:37, 19 Noyabr 2018 (Bazar ertəsi) 139

İspaniya "Brexit" sazişini dəstəkləmək üçün şərt irəli sürüb

İspaniya


/ DÜNYA

İspaniya Avropa İttifaqı (Aİ) ilə Böyük Britaniya arasında "Brexit" sazişini dəstəkləmək üçün bu sazişin Cəbəllütariqin statusuna şamil olunmaması şərtini irəli sürüb.

"Habertürk” xəbər verir ki, bunu İspaniyanın xarici işlər naziri Yosep BorellBrüseldə Aİ Xarici İşlər Nazirləri Ümum İşlər Şurasından sonra jurnalistlərə açıqlamasında deyib.

Nazir sözügedən məsələnin iki ölkə arasında açıq qaldığını, həll olunanadək də "Brexit" sazişinə səs verməyəcəklərini vurğulayıb.

1713-cü ildən Böyük Britaniyanın bir hissəsi olan Cəbəllütariq 1967-ci və 2002-ci illərdə keçirilmiş referendumlarda böyük səs üstünlüyü ilə İspaniyanın tərkibinə qaytarılmasını rədd etməsinə baxmayaraq, İspaniya 35 min əhalisi olan bu kiçik ərazinin onlara məxsus olduğuna iddia edir.

Bundan əvvəl Avropa İttifaqı "Brexit"ə dair sazişin layihəsini dəstəkləyib.