21:36, 05 Dekabr 2018 (Çərşənbə) 81

Çin şirkəti ABŞ-dan neft idxalını bərpa etməyi nəzərdə tutur

Çin şirkəti ABŞ-dan neft idxalını bərpa etməyi nəzərdə tutur


/ DÜNYA
Çinin "Unipec” şirkəti ABŞ-dan neft idxalını bərpa etməyi nəzərdə tutur.

"Reuters” xəbər verir ki, mənbələrin verdiyi məlumata görə, müvafiq qərar G20 zirvə görüşü zamanı ABŞ Prezidenti Donald Trampla Çin Xalq Respublikasının sədri Si Cinpin arasındakı görüşdən sonra verilib.

Məlumata görə, "Unipec” şirkəti Çinlə ABŞ arasında ticarət danışıqları üçün ayrılan üç aylıq müddət ərzində neft idxal etməyi düşünür.

"ABŞ-dan neft almaq istəyən çinli müştərilər həmin müddətdə neft idxal etməyə tələsəcəklər”, - deyə mənbə bildirib.