10:41, 20 Sentyabr 2018 (Cümə axşamı) 202

İlyas İsmayılovun oğlu öldürülüb

İlyas İsmayılovun oğlu öldürülüb
Azərbaycanlı iş adamı, Ədalət Partiyasının sədri İlyas İsmayılovun oğlu Etimad İsmayılovun Türkiyədə qətlə yetirildiyi bildirilir.

Türkiyə mətbuatının məlumatına görə, Etimad İsmayılov Floryadakı ofisində silahlı basqına məruz qalıb.

O, başından 2, ürəyindən 1 güllə yarası alıb. İş adamı xəstəxanaya qaldırılsa da, onun həyatını qurtarmaq mümkün olmayıb.

Hadisə ilə bağlı Gözəl Dəmirov adlı iş adamı şübhəli bilinir. Onun hadisə yerindən qaçdığı deyilir. Polis G.Dəmirovu həbs etmək üçün əməliyyata başlayıb. Gözəl Dəmirov Daxili İşlər Nazirliyinin keçmiş idarə rəisi vəzifəsində çalışıb.

Etimad İsmayılov Türkiyədə yaşayan, "Star” qəzetinin köşə yazarı Sevil Nuriyevanın həyat yoldaşıdır.

İş adamı Leninqrad Dövlət Universitetinin hüquq fakultəsini bitirib. O, 2006-cı ildə Rusiyanın Çelyabinsk şəhərində həbs edilmişdi. 8 il həbs cəzası almış E.İsmayılov 2011-ci ildə azadlığa buraxılmış, bundan sonra Türkiyədə yaşamağa qərar vermişdi.