11:55, 17 Sentyabr 2018 (Bazar ertəsi) 323

İlahiyyat İnstitutunun açılışı olub

İlahiyyat İnstitutunun açılışı olub
Sentyabrın 17-də Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) açılışı olub.

Aılış mərasiminə aidiyyəti rəsmi orqanların təmsilçiləri və dini konfessiya rəhbərləri qatılıblar.

İnstitutun rektoru Ceyhun Məmmədov bildirib ki, 2018-2019-cu tədris ilində dövlət sifarişi əsasında qəbul üzrə Aİİ-nin islamşünaslıq ixtisasına 35, dinşünaslığa isə 25 plan yeri təsdiq edilib. Bu ayrılmış plan yerləri 100 faiz dolub.
 
 

C.Məmmədov deyib ki, institutun dinşünaslıq və islamşünaslıq ixtisasları üzrə təhsil standartları Təhsil Nazirliyinə təqdim edilib və nazirliyin müvafiq şöbəsindən müsbət rəy alınıb.

 AZƏRTAC