14:31, 13 Noyabr 2018 (Çərşənbə axşamı) 126

Həbsdəki dindar aclıq aksiyasına başlayacağını deyir

Həbsdəki dindar aclıq aksiyasına başlayacağını deyir
13 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən Xalid Kazımovun səhhətində ciddi problemlər yaranıb.

"Cenubpress" qəzeti xəbər verir ki, Xalid Kazımovun sol gözü tutulmaq üzrədir. 

Məlumatda deyilir ki, dindar məhbus ciddi baş ağrılarından yata bilmir. Müayinə olunduqdan sonra "Hepatit C" olduğu bildirilsə də, heç bir dərman preparatı verilməyib. 

Həbsinin üçdə bir hissəsini nümunəvi dustaq kimi çəkən, heç bir nöqsanı olmadığını deyən X. Kazımov ağır xəstəliklə azadlığa buraxılmasından şikayətlənir.  

O, hüquqlarının bərpa edilməyəcəyi təqdirdə noyabrın 20-dən aclıq aksiyasına başlayacağını bildirib.

Bundan sonra başına gələcək hər hansı hadisə və şərləmə olarsa, günahının olmaması və hüquqlarını tələb etdiyinə görə olduğunu qeyd edib.

Siyasi məhbus kimi tanınan Xalid Kazımovun yaxınları hüquq müdafiəçilərindən, jurnalistlərdən kömək istəyib. 

Masallı dindarlarından olan Xalid Kazımov 2012-ci ilin sentyabr ayında Masallı rayonunda həbs olunub. O, ittihamının əsassız olduğunu iddia edir. 

X. Kazımov 2012-ci ildə "beynəlxalq folklor festivalı ilə əlaqəli tədbirin pozulmasına cəhd göstərmək, dinc sakinlərə və polis əməkdaşına xəsarət yetirmək" ittihamı ilə tutularaq 8 il azadlıqdan məhrum edilib.