14:49, 19 Noyabr 2018 (Bazar ertəsi) 181

Gürcüstanda 600 mindən çox vətəndaşın bank borcu silinəcək

Gürcüstanda 600 mindən çox vətəndaşın bank borcu silinəcək


/ DÜNYA
Gürcüstanın 600 mindən çox vətəndaşının banklar, onlayn kredit verən maliyyə təşkilatları və digər maliyyə qurumlarına olan borcları silinəcək.

Bunu Gürcüstanın Baş naziri Mamuka Baxtadze keçirdiyi brifinqdə deyib.

O deyib ki, borcların sıfırlanması prosesinə dekabrın 15-də başlanılacaq və dekabrın 31-dək başa çatdırılacaq: "Qara siyahı”da göstərilmiş borcların, təxminən, 95 faizini kreditlər təşkil edir ki, onların da hər şəxs üçün məbləği 2 min laridən azdır. Söhbət 600 mindən çox vətəndaşın banklar, onlayn kredit verən maliyyə təşkilatları və müxtəlif maliyyə qurumları qarşısındakı təxminən yarım milyard lari təşkil edən maliyyə öhdəliklərindən gedir. Bugünkü qərarla vətəndaşlarımızın bu borcları sıfırlanır. Qeyd etmək lazımdır ki, bu kateqoriyaya sosial təminatsız və məhdud imkanları olan vətəndaşlarımız daxildir”.

M.Baxtadze qeyd edib ki, borcların silinməsi prosesi "Kartu” Fondunun dəstəyi ilə həyata keçiriləcək.