15:08, 12 Mart 2019 (Çərşənbə axşamı) 115

Güclü cənub küləyi gözlənir

Güclü cənub küləyi gözlənir
Martın 13-də Bakı və Abşeron yarımadasında havanın yağmursuz keçəcəyi, bəzi yerlərdə duman olacağı ehtimalı var. Cənub-qərb küləyinin əsəcəyi, arabir güclənəcəyi təxmin olunur.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, gecə Abşeronda 6-9, gündüz 14-19, Bakıda gecə 6-8, gündüz 16-18 dərəcə isti proqnozlaşdırılır.

Azərbaycanın rayonlarında da bir elə yağıntı gözlənmir. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacağı, qərb küləyinin əsəcəyi, bəzi yerlərdə arabir güclənəcəyi ehtimalı var. Gecə 5-9, gündüz 19-24, dağlarda gecə 2-6, gündüz 7-12 dərəcə isti təxmin edilir.

Xəbərdarlıq
Nazirlik xəbərdarlıq verir ki, martın 13-də Bakı və Abşeron yarımadasında cənub-qərb küləyinin sürətinin 15-18 m/s olacağı, arabir 20 m/s-dək güclənəcəyi gözlənir.