20:54, 14 Noyabr 2018 (Çərşənbə) 182

Eritreyaya qarşı sanksiyalar ləğv edilib

Eritreyaya qarşı sanksiyalar ləğv edilib


/ DÜNYA
 BMT Təhlükəsizlik Şurası Eritreyaya qarşı sanksiyaları ləğv edib.

TASS xəbər verir ki, Böyük Britaniyanın BMT-dəki daimi nümayəndəsi Karen Pirsin təqdim etdiyi qətnamə yekdilliklə qəbul olunub.

O, səsvermənin nəticəsini Eritreyanın atdığı addımlar, Eritreya ilə Cibuti arsında sərhəddəki vəziyyətə dair dialoq sayəsində sülh və sabitliyə nail olunmasının təsdiqi kimi dəyərləndirib.

Eritreyaya qarşı 2009-cu ildən etibarən iqtisadi sanksiyalar, 2011-ci ildən də silah embarqosu tətbiq edilmişdi.