12:09, 15 Sentyabr 2018 (Şənbə) 228

Ərdoğan Bakıda parada qatılacaq

Ərdoğan Bakıda parada qatılacaq
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana rəsmi səfərə yola düşüb.

Dövlət başçısını Atatürk hava limanından dövlət və hökumət rəsmiləri yola salıblar.

R.T.Ərdoğan bu gün Bakının erməni-bolşevik işğalından azad olunmasının 100 illiyi münasibətilə keçiriləcək parada qatılacaq.

1918-ci il sentyabrın 15-də Nuru Paşanın komandanlığı ilə Qafqaz İslam Ordusu Bakını bolşevik-daşnak işğalından azad edib.

Bundan sonra Azərbaycan Xalq Cümhuriyyəti (AXC) hökuməti Gəncədən Bakıya köçüb. 2 il ömür sürən AXC Rusiyanın işğalı nəticəsində süqut edib. Azərbaycan birdə müstəqilliyini 1991-ci ildə bərpa edib. Bu il Azərbaycanda AXC-nin yaradılmasının 100 illiyi qeyd edilir.