22:10, 11 Sentyabr 2018 (Çərşənbə axşamı) 119

Əfqanıstanda intiharçı hücumu olub

Əfqanıstanda intiharçı hücumu olub


/ DÜNYA
Əfqanıstanın cənubunda Nangarhar vilayətində intiharçı hücumu olub, azı 32 nəfər öldürülüb, 140 nəfər yaralanıb.

Sosial mediada yayılan xəbərlərə görə, ölənlərin sayı 30-u keçib. Vilayət rəsmisi Sohrab Qaderi isə azı 45 nəfər ölü və yaralının yerli xəstəxanalara aparıldığını bildirib.

"Reuters” rəsmlərə istinadla azı 22, AP isə 20-dən çox adamın həlak olduğunu yazır.

Hücum yerli polis rəisinə etiraz aksiyası zamanı törədilib.

Hücuma görə məsuliyyəti, hələlik, götürən olmayıb.

Bundan bir neçə saat öncə Calalabad şəhərində qızlar məktəbinin qarşısında qoşa partlayış törədilib, bir oğlan ölüb, dörd nəfər yaralanıb.