15:29, 05 Dekabr 2018 (Çərşənbə) 104

Dünyanın ən güclü qadını kimdir? – "Forbes"

Dünyanın ən güclü qadını kimdir? –


/ DÜNYA
Artıq 8-ci ildir Almaniya kansleri Angela Merkel dünyanın ən güclü qadını elan olunur.
 
Bu yaxınlarda Xristian Demokratik Birliyinin (CDU) rəhbərliyindən istefa verməsinə, 2021-ci ildə kansler postuna namizədliyini verməyəcəyini açıqlamasına baxmayaraq, Avropanın ən böyük iqtisadiyyatına liderliyi onu azad dünyanın da de-fakto qadın liderinə çevirir. 

Reytinqi "Forbes” dərgisi tərtib edib.

Siyahıda ikinci yeri Britaniyanın Baş naziri Tereza Mey, üçüncü yeri Beynəlxalq Valyuta Fondunun rəhbəri Kristin Laqarde tutur. Milyarder Bill Qeytsin həyat yoldaşı, Bill və Melinda Gates xeyriyyə fondunun yaradıcısı Melinda Qeyts dünyanın ən güclü qadınları siyahısında altıncıdır.

Rusiya Mərkəzi Bankının rəhbəri Elvira Nabiullina isə siyahıda 49-cu pillədədir.

Azadlıq Radiosu