15:16, 06 Dekabr 2018 (Cümə axşamı) 94

Bu ölkədə ictimai nəqliyyat pulsuz olacaq

Bu ölkədə ictimai nəqliyyat pulsuz olacaq


Luksemburq dünyada ictimai nəqliyyatı pulsuz edəcək ilk ölkə olacaq. 

Gələn yaydan qatarlarda, tramvaylarda, avtobuslarda gediş haqqı ləğv olunacaq. "The Guardian” qəzeti yazır ki, bu, Xavier Bettelin başçılıq etdiyi koalisiya hökumətinin planlarına daxildir. Bettel dünən – dekabrın 5-də ikinci müddətə baş nazir kimi and içib.

Onun Demokratik partiyası sol qanad Sosialist Fəhlələri partiyası və Yaşıllarla birlikdə hökumət quracaq. Baş nazir seçki kampaniyası zamanı ətraf mühitə prioritet verəcəyini deyirdi.

Nəqliyyat vədindən başqa, yeni hökumət marixuananı leqallaşdırmaq, daha iki yeni dövlət bayramı təsis etmək vədi verib.

Hazırda Luksemburq şəhəri dünyada ən ağır nəqliyyat sıxlığı yaşayır.

Bu şəhərdə 110 min nəfər yaşayır, amma daha 400 min nəfər şəhərə işə gedib-gəlir. Bir araşdırmaya görə, 2016-cı ildə paytaxtdakı sürücülər tıxaclarda ortalama 33 saat keçiriblər.

Ümumilikdə ölkənin 600 min nəfər sakini var, amma Fransa, Belçika və Almaniyada yaşayan 200 minədək adam hər gün Luksemburqa işə gedib-gəlir.