Bakı Nəqliyyat Agentliyi (BNA) 190 nömrəli (qəsəbədaxili) müntəzəm marşrut xəttinin fəaliyyətini dayandırır.
Bu barədə BNA məlumat yayıb.
Binə qəsəbəsində fəaliyyət göstərən 190 nömrəli (qəsəbədaxili) müntəzəm marşrut xəttinin fəaliyyəti dayandırılacaq. Belə ki, BNA-nın İdarə Heyətinin sədrinin bugünki sərəncamına əsasən, xəttin müvəqqəti istimarına dair "Ayşən LTD” MMC ilə imzalanmış müqaviləyə də xitam verilib.
XƏBƏRLƏR