16:18, 04 Dekabr 2018 (Çərşənbə axşamı) 87

Azərbaycan ən hərbiləşmiş ölkələr arasında

Azərbaycan ən hərbiləşmiş ölkələr arasında
Bonn Beynəlxalq Konversiya İnstitutu (Almaniya) qlobal hərbiləşmə indeksi açıqlayıb. 

İndeks dövlətin hərbi xərclərinin ümumi xərclərə nisbəti meyarına əsaslanır. Novator.az-ın məlumatına görə, ən hərbiləşmiş ölkə İsraildir.

Sinqapur ikinci, Ermənistan üçüncüdür.

İlk onluqda Kipr, Cənubi Koreya, Rusiya, Yunanıstan, İordaniya, Bruney və Belarus da yer alır.

Azərbaycan 155 ölkə arasında 12-ci pillədə qərar tutur.

Ukrayna 14-cü, Türkiyə 20-ci, İran 22-ci, Estoniya 25-ci, Litva 32-ci, Gürcüstan 52-ci, Qırğızıstan 62-ci, Moldova 65-ci, Latviya 79-cu, Qazaxıstan 85-ci, Tacikistan 126-cı yerdədir.

Novator.az