21:31, 09 Oktyabr 2018 (Çərşənbə axşamı) 290

AŞPA-nın səlahiyyətlərinin artırılmasını nəzərdə tutan məruzə qəbul edilməyib

AŞPA-nın səlahiyyətlərinin artırılmasını nəzərdə tutan məruzə qəbul edilməyib
 Avropa Şurası Parlament Assambleyasında (AŞPA) "Assambleyanın hakimiyyət və səsverməyə dair qərarvermə səlahiyyətlərinin gücləndirilməsi" adlı məruzə qəbul edilməyib.

"Report”un verdiyi xəbərə görə, uzun sürən müzakirələrdən sonra sənədin geri göndərilməsinin lehinə 99 nəfər, əleyhinə 79 nəfər səs verib, 16 nəfər isə bitərəf qalıb. 

Məruzənin AŞPA-nın İxtisas komissiyasına geri göndərilməsi qərara alınıb. 

Sənədin Avropa Şurasının fundamental dəyərlərinin daha yaxından müdafiə edilməsi məqsədilə qanun və prosedurlara dəyişikliklər olunması ilə yenidən hazırlanması nəzərdə tutulur.

Qeyd edək ki, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov da məruzənin müzakirəsi zamanı çıxış edərək öz təkliflərini verib. 

Oktyabrın 8-də Strasburqda AŞPA-nın payız sessiyası işinə başlayıb.