22:36, 14 Sentyabr 2018 (Cümə) 114

ABŞ Malaziya və Tailand şirkətlərinə sanksiya tətbiq edib

ABŞ Malaziya və Tailand şirkətlərinə sanksiya tətbiq edib


/ DÜNYA

ABŞ Malayziyanın "Mahan Travel and Tourism" və Tailandın "My Aviation Company Ltd" şirkətlərinə qarşı sanksiya tətbiq edib.

"Ren TV" telekanalı xəbər verir ki, buna səbəb həmin beynəlxalq kampaniyaların İranın "Mahan Air" aviaşirkəti ilə əməkdaşlıq etməsidir.

ABŞ-ın Maliyyə Nazirliyindən bildiriblər ki, hər iki şirkət oxşar addımlarına görə əvvələr də Birləşmiş Ştatların sanksiyalarına məruz qalıb.