12:29, 04 Dekabr 2018 (Çərşənbə axşamı) 104

4 dekabr neft qiymətləri

4 dekabr neft  qiymətləri
Bu günün neft qiymətləri açıqlanıb.

AZƏRTAC-ın 4 dekabr məlumatına görə, London birjasında brent markalı neftin bir barreli 62,20 dollara, Nyu-York birjasında layt markalı neftin bir barreli 53,39 dollara satılır.

Azərbaycan nefti "AzəriLayt”ın bir barrelinin qiyməti 63,23 dollar göstərilir.

Novator.az bildirir ki, "AzəriLayt” 2018-ci ilə 69,89 dollarla start verib. Fevralda ilk qiymət 70,33 dollar, martda 66,61 dollar, apreldə 69,86 dollar, mayda 75,95 dollar, iyunda 79,46 dollar, iyulda 79,23 dollar, avqustda 75,75 dollar, sentyabrda 79,73 dollar, oktyabrda 85,94 dollar, noyabrda 77,23 dollar, dekabrda 61,13 dollar olub.

Azərbaycanın 2018-ci il büdcəsində neftin qiyməti 55 dollardan götürülüb.

Energetika Nazirliyinin rəsmi hesabatına görə, bu ilin yanvar-oktyabr aylarında ölkədə 7 milyon 919,3 min barrel neft hasil edilib.