11:43, 11 Yanvar 2019 (Cümə) 325

Bakı-Sumqayıt qatarı iki gün işləməyəcək

Bakı-Sumqayıt qatarı iki gün işləməyəcək
Bakı-Sumqayıt-Bakı marşrutu ilə hərəkət edən elektrik qatarlarının hərəkəti təmirlə əlaqədar iki gün ləğv ediləcək.

Bu barədə "Azərbaycan Dəmir Yolları" QSC məlumat yayıb.

"Sumqayıt sərnişin stansiyasının tək, cüt yollarında aparılan təmir-bərpa işləri ilə əlaqədar 12 və 13 yanvar tarixlərində Bakı-Sumqayıt-Bakı marşrutu ilə hərəkət edən elektrik qatarlarının hərəkəti ləğv edilir", - qurumun açıqlamasında yazılıb.

Bakı-Sumqayıt qatarı hələ sovet dövründən fəaliyyət göstərib. 2015-ci ildən etibarən isə Bakı-Sumqayıt-Bakı dairəvi dəmir yolu iki hissəyə bölünüb. Onda Bakı-Sumqayıt istiqamətində dəmiryolu infrastrukturu yenidən qurulmağa başlanıb. Həmin vaxt xəttə yeni, müasir qatarlar buraxılıb. Ona qədər isə bu sahədə sonuncu təmir işləri 1985-ci ildə aparılmışdı.