11:09, 17 Sentyabr 2018 (Bazar ertəsi) 222

Genişmiqyaslı hərbi təlimlər başlayıb

Genişmiqyaslı hərbi təlimlər başlayıb
Sentyabrın 17-dən Azərbaycan ordusunun müxtəlif qoşun növləri, qismləri, birlik və birləşmələrinin iştirakı ilə genişmiqyaslı əməliyyat-taktiki təlimləri başlayıb.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin sentyabrın 17-də yaydığı məlumatda yazılıb.

Nazirlik bildirir ki, təlimlərə 20 mindən artıq şəxsi heyət, 200-dən çox tank, digər zirehli texnika, 120-dən çox müxtəlif çaplı raket, artilleriya qurğusu, yaylım atəşli reaktiv sistemləri, minaatan, 10-dək qırıcı, bombardmançı və 20-dək müxtəlif təyinatlı ordu aviasiyası cəlb edilib.

Təlimlərin sentyabrın 22-nə kimi davam edəcəyi açıqlanıb.