14:40, 13 Sentyabr 2018 (Cümə axşamı) 242

Sabaha olan hava proqnozu

Sabaha olan hava proqnozu
Sentyabrın 14-də Bakı və Abşeron yarımadasında havanın yağmursuz keçəcəyi gözlənir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Abşeronda gecə 19-23, gündüz 27-32, Bakıda gecə 20-22, gündüz 29-31 dərəcə isti proqnozlaşdırılır.

Sentyabrın 14-də Azərbaycanın rayonlarında da havanın, əsasən, yağmursuz keçəcəyi ehtimalı var. Gecə 17-22, gündüz 31-36, dağlarda gecə 10-15, gündüz 21-26 dərəcə isti təxmin edilir.